Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir N.İsmayılova/
"MilliKart" MMC-də xidmət olunan "Bank of Baku" ASC "MasterCard Int." beynəlxalq kart təşkilatında MChip (çip) kartların emissiyası, həmçinin MChip ekvayrinqi (ATM, POS) üzrə sertifikasiya layihələrini müvəfəqiyyətlə tamamlayıb. Trend-in məlumatına görə, bu barədə MMC-nin cümə axşamı yaydığı məlumatda deyilir.
Bundan başqa, "MilliKart" MMC-də xidmət olunan "Azər-Türk Bank" ASC "MasterCard Int." beynəlxalq kart təşkilatında MChip (çip) kartların emissiyası, həmçinin MChip ATM ekvayrinqi üzrə sertifikasiya layihələrinə başlayıb.
Həmçinin, "MilliKart" MMC-də xidmət olunan "Azərbaycan Sənaye Bankı" ASC "MasterCard Int." beynəlxalq kart təşkilatında MChip kartların emissiyası və ekvayrinqi üzrə sertifikasiya layihələrinə başlayıb.
MMC 2006-cı il iyulun 14-də ölkənin 18 bankı tərəfindən Azərbaycan Mərkəzi Bankının kart ödənişləri üzrə prosessinq mərkəzinin alınmasından sonra yaradılıb. "MilliKart" MMC-nin nizamnamə kapitalı 5 milyon manat təşkil edir.
Mərkəzin təsisçiləri bunlardır: AtaBank, DəmirBank, AzərTürkBank, Bank of Baku, Azərbaycan Sənaye Bankı, DebutBank, AmrahBank, Xalq Bank, Credo Bank, AccessBank, ParaBank, RabitaBank, Bank Respublika, Bank Standard, Texnika Bank, Turan Bank, UniBank və Zamin Bank.