...

Asiya İnkişaf Bankı Azərbaycanda ilk dəfə kreditlərin cəlb edilməsi üzrə seminar keçirir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2011 14:20 (UTC +04:00)
Bu gün Bakıda Asiya İnkişaf Bankı (AİB) bankın adi investisiya resursları (AİR) hesabına verilən kreditlərin xüsusiyyətləri, kredit mühasibatlığı və xidməti ilə bağlı seminara başlayıb.
Asiya İnkişaf Bankı Azərbaycanda ilk dəfə kreditlərin cəlb edilməsi üzrə seminar keçirir (FOTO)

Azərbaycan, Bakı, 25 oktyabr / Trend /

Bu gün Bakıda Asiya İnkişaf Bankı (AİB) bankın adi investisiya resursları (AİR) hesabına verilən kreditlərin xüsusiyyətləri, kredit mühasibatlığı və xidməti ilə bağlı seminara başlayıb. Trend-in məlumatına görə, bu barədə AİB-in çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Kommersiya banklarından fərqli olaraq, AİB-in unikal kredit mühasibatlığı, xidmət prosedurları və qaydaları var. Seminar kredit alanlara AİB-dən aldıqları krediti daha yaxşı idarə etmələri üçün onlara AİR haqda geniş məlumat verəcək.

Seminara Maliyyə Nazirliyindən və icraçı agentliklərdən olan 30-a yaxın iştirakçı qatılıb. Seminar iştirakçılarına Kreditin hesablanması və xidmətin göstərilməsi üçün gücləndirilmiş kalkulyatordan istifadə ilə bağlı təlim keçiriləcək. Təlim iştirakçılarına yenicə hazırlanmış kredit mühasibatlığı və xidmətlərin göstərilməsi üzrə internet saytı da təqdim ediləcək.

"İlk dəfədir ki, AİB Azərbaycandan olan borcalanlar və icraçı agentliklər üçün kredit mühasibatlığı və xidmətlər mövzusunda seminar təşkil edir. Kredit alanların yeni kredit məhsulları ilə bağlı tələbini ödəmək üçün AİB 2001-ci ildən libor əsaslı kreditlər təklif edir və kredit şərtlərini davamlı olaraq təkmilləşdirir. Biz ümid edirik ki, bu seminar kredit alanlara adi kredit resurslarından ayrılan kreditin xüsusiyyətlərini tam başa düşməkdə və AİB-dən alınan kreditləri daha effektiv şəkildə idarə etməkdə kömək göstərəcək", - AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirib.

Seminar oktyabrın 27-də yekunlaşacaq.

AİB-in strateji baxışı "Asiya və Sakit Okena hövsəzi yoxsulluqdan azad olsun"dur. AİB-in missiyası inkişaf edən üzv ölkələrə yoxsulluğu azaltmaqda kömək etmək, həyat şəraitini və həyat səviyyəsini yaxşılaşdırmaqdır. AİB kapitallaşdırılmış beynəlxalq bankdır və iqtisadi artım, davamlı inkişaf və regional inteqrasiya yolu ilə Asiyada və Sakit Okean hövzəsində yoxsulluğun azaldılmasına çalışır.

AİB 1966-cı ildə üzv dövlətlər tərəfindən Asiya İnkişaf Bankının Yaradılması haqda Sazişə uyğun olaraq təsis edilib. 2010-cu l dekabrın 31-nə olan məlumata görə AİB-in 67 üzvü vardır ki, bunlardn 48 Asiya və Sakit Okean hövzəsində yerləşir.
AİB Manilada, Filippində yerləşir və dünyanın müxtəlif yerlərində ofisləri var, o cümlədən də Şimali Amerikada (Vaşinqton DC), Avropada (Frankfurt) və Yaponiyada (Tokio).

Xəbər lenti

Xəbər lenti