Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir E.İsmayılov/
Bakının nəqliyyat infrastrukturu 2012-ci ilin mayında Azərbaycanda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinə tam hazır olacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin müdiri Sədrəddin Məmmədov deyib.
Onun sözlərinə görə, ölkənin Nəqliyyat Nazirliyinə müsabiqənin keçirilməsinə qədər Bakının nəqliyyat sisteminin hazırlanması üzrə təkliflər təqdim edilib, nazirlik bu dövrə qədər bütün nəqliyyat infrastrukturunu hazır vəziyyətə gətirmək niyyətindədir.
Xüsusilə, Bakı küçələrində nəqliyyat axının azaldılması üçün xeyli sayda dayanacaqlar tikiləcək. Məmmədovun sözlərinə görə, "Eurovision 2012"-yə qədər Azadlıq meydanında Bakı şəhər İcra Hakimiyyətinin tikdiyi dayanacaq istismara veriləcək.