...

Yanvar-oktyabrda 160 tondan çox keyfiyyətsiz ərzaq məhsulları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2011 16:35 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən noyabrın 11-də Yevlax şəhərində "İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər" mövzusunda konfrans keçirilib.
Yanvar-oktyabrda 160 tondan çox keyfiyyətsiz ərzaq məhsulları məhv edilib

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən noyabrın 11-də Yevlax şəhərində "İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər" mövzusunda konfrans keçirilib.

Nazirlikdən cümə günü Trend-ə verilən məlumata görə, tədbirdə Səhiyyə, Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Yevlax rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 180-ə qədər istehlakçı iştirak edib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev ölkə iqtisadiyyatında davamlı inkişafın təmin olunduğunu və əhalinin sosial rifahının daha da yaxşılaşdığını bildirib. Dövlət Xidməti tərəfindən 2011-ci ilin yanvar-oktyabr aylarında istehlak bazarında həyata keçirilən yoxlama-monitorinqlər zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 163,5 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib.

Həmin dövrdə inzibati xətaya yol vermiş sahibkarlıq subyektləri Dövlət Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 1 milyon 37 min manat cərimə edilib. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə təsərrüfat subyektlərinə 234,8 min manat maliyyə sanksiyası tətbiq olunub.

Bildirilib ki, Dövlət Xidməti tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 13 adda 95 min ədəd buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 ədəd yaddaş kitabçası çap edilərək sahibkarlara və istehlakçılara paylanıb.

Xəbər lenti

Xəbər lenti