...

İcbari sığortanın 4 növü üzrə polislərin verilməsi yaxın müddətdə bərpa ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2011 18:10 (UTC +04:00)
Oktyabrın ortalarında Azərbaycanda "İcbari sığortanın növləri haqqında" qanunun qəbulu və bu növlərin hər biri üzrə müvafiq qanunların qüvvədən düşməsi ilə bağlı dayandırılan icbari sığortanın dörd növü üzrə polislərin verilməsi yaxın müddətdə bərpa ediləcək.
İcbari sığortanın 4 növü üzrə polislərin verilməsi yaxın müddətdə bərpa ediləcək

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir A.Axundov/

Oktyabrın ortalarında Azərbaycanda "İcbari sığortanın növləri haqqında" qanunun qəbulu və bu növlərin hər biri üzrə müvafiq qanunların qüvvədən düşməsi ilə bağlı dayandırılan icbari sığortanın dörd növü üzrə polislərin verilməsi yaxın müddətdə bərpa ediləcək. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin sektor müdiri Mahir Abdullayev deyib.

"Yeni qanunla bağlı normativ sənədlərin hazırlanması artıq başa çatıb, biz onları müvafiq strukturlara göndərmişik və ümid edirik ki, yaxın müddətdə onlar təsdiq olunacaq", - Abdullayev bildirib.

Onun sözlərinə görə, qanunun işə başlamasından sonra sığorta şirkətləri bu barədə məlumatlandırılacaqlar.

Ölkə Prezidentinin "İcbari sığortanın növləri haqqında" qanunun tətbiq edilməsi barədə sentyabrın 15-də imzaladığı fərmana əsasən, Maliyyə Nazirliyinə iki ay müddətində İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən sığortaçılar tərəfindən ödənilməli olan iştirak haqqının məbləğini, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi qaydasını, eləcə də dövlət başçısının fərmanından irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

"Yeni qanunla tənzimlənən icbari sığortanın bu dörd növü ilə ancaq İcbari Sığorta Bürosuna daxil olacaq şirkətlər məşğul ola biləcəklər", - Abdullayev deyib.

Yeni qanun layihəsi icbari sığortanın dörd növünü - daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin, sərnişinlərin və daşınmaz əmlakın istismarı zamanı vətəndaş məsuliyyətinin sığortalanmasını tənzimləyir.

Ümumilikdə ölkədə icbari sığortanın 9 növü fəaliyyət göstərir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Azər Əliyevin sözlərinə görə, avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin icbari sığortası üzrə yığımların həcmi hələlik çox deyil ki, bu növ üzrə polislərin verilməsinin müvəqqəti dayandırılması bazarın həcminə hər hansı bir təsir göstərsin.

"Bu, ancaq yığım payının xeyli hissəsi avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin icbari sığortasına düşən şirkətlərə təsir edə bilər. Ümumilikdə isə əhəmiyyətli təsir etməyəcək. Dövlət Sığorta Nəzarəti Xidməti yeni qanun üzərində fəal işləyir, düşünürəm ki, ay ərzində avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin icbari sığortası üzrə polislərin verilməsinin yeni sistemi işə salınacaq", - Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti