...

Rusiya MDB ölkələrinə Qərb kreditlərini rublla borcalmalarla əvəz etməyi təklif edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2011 12:53 (UTC +04:00)
Postsovet məkanındakı maliyyə və investisiya bazarları çərçivəsində qloballaşma MDB ölkələrinin maliyyə sistemlərinin stabil və davamlı inkişaf etməsi üçün çox vacibdir.
Rusiya MDB ölkələrinə Qərb kreditlərini rublla borcalmalarla əvəz etməyi təklif edir (FOTO)

Azərbaycan, Bakı, 1 dekabr / Trend , müxbir N.İsmayılova /

Postsovet məkanındakı maliyyə və investisiya bazarları çərçivəsində qloballaşma MDB ölkələrinin maliyyə sistemlərinin stabil və davamlı inkişaf etməsi üçün çox vacibdir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən MDB iştirakçısı olan ölkələrin beynəlxalq bank konfransında "VTB" Bank" ASC-nin idarə heyətinin sədri Andrey Kostin bildirib.

"Bu gün biz çox güman ki, inteqrasiya məsələləri haqqında həmişə olduğundan daha çox düşünürük, çünki biz Avropada baş verən inteqrasiya proseslərinin böhranını görürük. İndi biz görürük ki, müəyyən mərhələdə bir sıra səhvlərə yol verildikdə islahatlar prosesi hazırda böhran vasitəsilə həll olunan daxili ziddiyyətlər doğura bilir. Onun nəticələrini qabaqcadan söyləmək çətindir. "Avrozona dağılacaq ya yox" sualı açıq qalır", - Kostin deyib.

"Bizim gələcək iqtisadi inteqrasiyadan başqa, iqtisadiyyatlarımızın stabil inkişaf yoluna çıxması tapşırıqlarını ən tez bir zamanda həllindən başqa seçimimiz yoxdur. Bu gün biz vahid maliyyə məkanı yaratmağın nə dərəcədə vacib olduğunu tam şəkildə anlamırıq. Təəssüf ki, bu gün MDB-nin hər bir ölkəsi öz maliyyə bazarında qalır, baxmayaraq ki, bir çox ölkələrdə o, yetərincə oxşardır", - Kostin hesab edir.

Onun fikrincə, bu gün daxili maliyyələşmə mənbələri üzrə dayağın, təcili investisiyaların daxili bazarlarının yaradılması əsas vəzifədir.

"Və burada bizə uzunmüddətli investisiyalar yaratmağa imkan verən sığorta bazarını və pensiya fondlarını inkişaf etdirmək lazımdır. Bu planda Rusiya bazarı digər postsovet məkanı ölkələri üçün son dərəcə vacibdir", - Kostin deyib.

Bununla yanaşı, o hesab edir ki, rublla borcalmalar bir çox dövlətlər üçün investisiya və digər resursların doldurulması və tədricən Qərbdən gələn kreditlərin əvəz edilməsi üçün mühüm mənbə ola bilər. "Sirr deyil ki, Qərb bazarları praktiki olaraq bağlıdır, odur ki, onların problemlərlə üzləşən bankları öz aktivlərini və kredit portfellərini ixtisara salır", - Kostin qeyd edib.

Xəbər lenti

Xəbər lenti