...

Azərbaycanla İordaniya ticarət və iqtisadi sahələrdə əlaqələrin inkişaf istiqamətlərini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2011 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslı bu ölkənin ticarət və sənaye naziri və Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının İordaniya tərəfdən həmsədri Sami Qammoh ilə görüşüb.

Səfirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla İordaniya arasında ticarət və iqtisadi sahələrdə əlaqələrin inkişaf istiqamətlərinə, eləcə də 2011-ci ilin aprel ayında Bakıda keçirilmiş hökumətlərarası komissiyanın II iclasının protokolunun müddüəalarının icra mexanizminə dair müzakirələr aparılıb.

Görüş zamanı rabitə və informasiya texnologiyaları sahəsində hər iki ölkənin işçi qruplarının ilk iclasının 2012-ci ilin yanvar ayının 16-da və nəqliyyat üzrə müştərək komissiyanın iclasının 2012-ci ilin mart ayının sonuncu həftəsi Əmmanda keçirilməsi ilə əlaqədar İordaniya tərəfinin təklifləri müzakirə edilib.

Nazir Sami Qammoh Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb və rabitə və nəqliyyat sahələrində Əmmanda keçiriləcək müştərək tədbirlərin yüksək səviyyədə təşkil olunacağını əminliyini bildirib.

Görüş əsnasında ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün hər iki tərəfin iş adamlarının iştirakı ilə biznes forum keçirilməsinin vacibliyi vurğulanıb və belə bir forumun 2012-ci ildə təşkil edilməsinin məqsədəuyğun olduğu qeyd edilib.

Xəbər lenti

Xəbər lenti