...

Azərbaycan FHN Bakının iki rayonunun icra hakimiyyətini öhdəliklərini yerinə yetirməyə məcbur edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2011 17:11 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının iki rayonunun yerli icra hakimiyyəti orqanlarını məhkəmə yolu ilə öhdəlilərini yerinə yetirməyə məcbur edib.
Azərbaycan FHN Bakının iki rayonunun icra hakimiyyətini öhdəliklərini yerinə yetirməyə məcbur edib

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının iki rayonunun yerli icra hakimiyyəti orqanlarını məhkəmə yolu ilə öhdəlilərini yerinə yetirməyə məcbur edib. Trend-in məlumatına görə, bu barədə cümə günü Fövqəladə Hallar Nazirliynin Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşündə deyib.

"Bizə daxil olan müraciətlər əsasında Bakının bir çox rayonlarında "Xruşovka" layihəli yaşayış binalarında və iri panelli binalarda çoxsaylı yoxlamalar keçirdik. Ona görə ki, Bakının Xətai, Nəsimi, Binəqədi və Yasamal rayonlarındakı bir çox binalarda ağır vəziyyət aşkar edilib, biz bu rayonların yerli icra orqanlarını çatışmazlıqları aradan qaldırmağa çağırdıq. Belə ki, bu, onların məsuliyyətinə daxildir", - o deyib.

Onun sözlərinə görə, bir çox hallarda aşkar edilən çatışmazlıqları aradan qaldırmağa nail olunub, iki rayonun ərazisində yerli icra hakimiyyətləri problemlərə "barmaqarası" yanaşıblar.

"Biz məhkəmə qaydası ilə onları öz öhdəliklərini yerinə yetirməyə məcbur etdik ki, binanı normal vəziyyətinə qaytaraq", - Əsədov bildirib.

Xəbər lenti

Xəbər lenti