...

Bakı Metropoliteni "Məşədi Əzizbəyov" stansiyasının yenidən qurulmasını başa çatdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2011 17:19 (UTC +04:00)
Bakı Metropoliteninin "Məşədi Əzizbəyov" stansiyasının yenidən qurulması və təmiri üzrə işlər praktiki olaraq başa çatıb.
Bakı Metropoliteni "Məşədi Əzizbəyov" stansiyasının yenidən qurulmasını başa çatdırır

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteninin "Məşədi Əzizbəyov" stansiyasının yenidən qurulması və təmiri üzrə işlər praktiki olaraq başa çatıb. Bu barədə cümə axşamı Trend-ə Bakı Metropolitenindəki mənbə deyib.

Onun sözlərinə görə, ayın sonuna qədər yenilənmiş stansiya istismara veriləcək.

"İşlər praktiki olaraq başa çatıb və demək olar ki, stansiya istismara hazırdır", - mənbə bildirib.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və hazırda 23 stansiyası var.

Bir müddət əvvəl Bakı Metropoliteninin 20 illik inkişaf proqramı qəbul edilib. Həmin uzunmüddətli inkişaf sxeminə əsasən, gələcəkdə Bakı Metropoliteninin ümumi şəbəkəsi 5 xətdən - hazırkı 2 xətt və yeni 3 xətt - və uzunluğu 119 km olan metro xəttində yerləşən 76 stansiyadan ibarət olacaq.

Yəni proqram 53 yeni stansiya və 84,3 km metro yolunun tikilməsini nəzərdə tutur. Yeni stansiyaların tikintisi zamanı yer seçimində inteqrasiya məsələləri və digər sərnişin nəqliyyatı növlərinin çoxfunksionallı nəqliyyat kompleksi ilə uyğunlaşması da nəzərə alınıb.

Xəbər lenti

Xəbər lenti