...

ITFC Azərbaycanın aparıcı lizinq şirkəti üçün kredit xəttini artırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2011 11:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Azərbaycanın lizinq bazarının lideri "Unileasing" QSC və Beynəlxalq İslam Ticarət Korporasiyası (ITFC) gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə QSC-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

"Unileasing" QSC-nin idarə heyətinin sədri Zəki Sadıqov və СЕО ITFC-in rəhbəri Valid əl-Vəhayib (Waleed Al-Wohaib) görüş keçiriblər. Görüşdə əsas məqsəd iki qurum arasında əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi olub.
Sadıqovun sözlərinə görə, ITFC-nin nümayəndəsi "Unileasing" şirkəti ilə əməkdaşlıqdan razılığını bildirib. ITFC-nin "Unileasing" QSC-yə ayırdığı kreditin mənimsənilməsi həm ölkədəki iqtisadi artımdan, həm də müştərilərin lizinq şirkətinin xidmətlərinə yüksək səviyyədə etimadından xəbər verir. Bunun sayəsində lizinq şirkəti üçün gələn il kredit xəttinin məbləğinin artırılması mümkündür.

Azərbaycanın aparıcı lizinq şirkəti olan "Unileasing" QSC-nin etibarlılığını Eximbank USA, M&T Bank, Landesbank, West-East Bank, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), "Rayffayzenbank" Beynəlxalq Maliyyə Korporasiyası, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası və şirkətə kredit xətti açan digər təşkilatlar da təsdiqləyiblər.

Həmin resurslar, eləcə də şirkətin təsisçilərindən biri olan "Unibank" QSC kommersiya bankı tərəfindən ayrılan investisiyalar sayəsində "Unileasing" QSC respublikanın digər lizinq şirkətləri üçün sərfəli maliyyə xidmətlərinin göstərilməsi imkanı əldə edib.

"Unileasing" QSC-nin təsisçiləri "UNIBANK" kommersiya bankı (66,67%) və Avropa Yenidənqurma və İnkişaf Bankıdır (33,33%).

Xəbər lenti

Xəbər lenti