...

Ziya Məmmədəv: Bakıda iri yol layihəsində işlərin əsas hissəsi 2012 ildə başa çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2011 21:43 (UTC +04:00)
Ziya Bünyadov prospektində yenidənqurma işləri davam etdirilir və yaxın vaxtlarda yekunlaşdırılacaq.
Ziya Məmmədəv: Bakıda iri yol layihəsində işlərin əsas hissəsi 2012 ildə başa çatacaq

Azərbaycan, Bakı, 19 dekabr / Trend müxbir S.Ağayeva /

Ziya Bünyadov prospektində yenidənqurma işləri davam etdirilir və yaxın vaxtlarda yekunlaşdırılacaq.

Trend-in məlumatına görə, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bazar ertəsi jurnalistlərə bildirib ki, prospektdə çoxlu sayda körpülər inşa olunur, çoxlu sayda infrastruktur, kommunikasiya köçürmələri aparılır. Yenidənqurma işlərinin gələn ilə başa çatdırılması planlaşdırılır, amma əsas hissəsi yekunlaşdırılacaq gələn il, tam layihə isə 2013-də başa çatacaq.

Prezidentin tapşırığı ilə Eurovision-a hazırlıq məqsədilə paytaxtın butun yolları abadlaşdırılır. Bütün təbdirlər görüləcək ki, Bakıya gələnlər razı qalsınlar.

Məmmədov bildirib ki, nəqliyyatın İntellektual İdarəsi layihəsi ilə bağlı bütün işlər hazırlıq vəziyyətinə gətirilib. Hazırda layihə üzrə tamamlanma işləri gedir, bu sistem üzərində iş daima aparılmalıdır. Layihə çərçivəsində həmçinin dayancaqların müvafiq qaydaya salınması nəzərdə tutulur. Nəqliyyatın hərəkətinə maneçilik törədən taksi dayanacaqları üçün yeni yerlər müəyyənləşdiriləcək. Bakıya gətirilən yeni London taksiləri köhnə taksiləri sıradan çıxartmayacaq, amma nazirlik qeyri-qanuni fəaliyyət göstərən taksilərin fəaliyyətini tənzimləyəcək. Nəqliyyat Nazirliyi Daxili İşlər Nazir və yol polisi ilə birgə şəhərdə tıxacların yaranmaması istiqamətində tədbirlər həyata keçirir.

Xəbər lenti

Xəbər lenti