...

Azərbaycan-Belarus hökumətlərarası komissiyasının iclası 2012-ci ildə keçiriləcək – səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2011 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir S.Ağayeva /

Gələn ilin birinci rübündə Minskdə İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Baş naziri Artur Rasizadənin Belarusa səfəri də gözlənilir. Hazırda səfərin tarixi müəyyənləşdirilir.

2011-ci ilin 10 ayı ərzində Belarusla Azərbaycan arasındakı mal dövriyyəsi yeddi dəfə artıb və 890 milyon dollar təşkil edib. Bununla yanaşı, Azərbaycana Belarusdan ixrac 1,4 dəfə çoxalaraq 180 milyon dollaradək artıb, Azərbaycandan Belarusa ixrac 140 dəfədən çox artaraq 720 milyon dollaradək artıb. Eləcə də Azərbaycandan Belarusa neft ixracının artım sürəti 150 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti