...

Kapital Bank-ın komandası futzal üzrə turnirin qalib olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2011 13:53 (UTC +04:00)
Bakı Banklararası Valyuta Birjasının hər il ənənəvi olaraq keçirdiyi banklararası futzal turniri başa çatıb.
Kapital Bank-ın komandası futzal üzrə turnirin qalib olub

Azərbaycan, Bakı, 27 dekabr /Trend /

Bakı Banklararası Valyuta Birjasının hər il ənənəvi olaraq keçirdiyi banklararası futzal turniri başa çatıb. Trend-in məlumatına görə, bu barədə Kapital Bank-ın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Bu ilin noyabrından start götürmüş turnirdə ölkənin 7 aparıcı bankının komandaları mübarizə aparıb. Dekabrın 25-də ABU ARENA-da keçirilən final oyununda Kapital Bank və Unibank komandaları qarşılaşıb. Yarış gərgin mübarizə şəraitində keçib və Kapital Bankın oyunçuları 5:4 hesabı ilə qalib gəlib", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti