Azərbaycan, Bakı, 7 yanvar /Trend müxbir A. Axundov/
Azərbaycan Maliyyə Nazirliyi sərnişinlərin icbari fərdi sığortası üzrə sığorta mükafatlarının məbləğinin hesablanması qaydalarını açıqlayıb. Qayadalar "İcbarı sığortalar haqqında" yeni qanun çərçivəsində təsdiqlənib. Sığorta şirkətləri qanunun tətbiqinə 2011-ci il dekabrın 16-dan başlayıblar.
Bu növ üzrə 1 il müddətinə bağlanan müqavilə zamanı hər bir nəqliyyat vasitəsi üçün ödənilən sığorta məbləği onda olan sərnişinlərin sayından asılı olaraq və bir sərnişin yeri üçün müəyyən edilən məbləğ isə nəqliyyat vasitəsi növündən asılı olaraq formalaşır.
Hava nəqliyyatı vasitələrində bir sərnişin yeri üçün sığorta məbləği 14 manat, su nəqliyyatında 5 manat, dəmir yolu nəqliyyatında 3 manat, avtomobil nəqliyyatında 6 manat müəyyən edilib.
Köhnə qanundan fərli olaraq, yeni qanunda ancaq bileti olan sərnişinlərə sığorta ödənişləri praktikası ləğv edilib. Yəni ki, sığortalanma bütün sərnişinlər üçün nəzərdə tutulub.
Sərnişinlərin icbarı sığortası şəhərlərarası və beynəlxalq hava, dəmir yolu və avtomobil nəqliyyatı sərnişinlərinin həyat və sağlamlığına ziyan vurulması halında sığorta ödənişlərini nəzərdə tutur.
Sərnişinlərin icbarı sığortasından başqa, qanun icbari sığortanın 3 növünü-daşınmaz əmlak, daşınmaz əmlakın istifadəsi zamanı mülki məsuliyyət və avtomobil nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyəti (OSAQO) sığortasını tənzimləyir.
Bu növlər üzrə polisləri İcbarı Sığorta Bürosunun iştirakçıları olan şirkətlər sata bilərlər. Büronun təsisçiləri 6 şirkətdir - "Paşa Sığorta", "Atəşgah Sığorta", "Ata Sığorta", AXA MBASK, "Xalq Sığorta" və "Standard Insurance". Daha sonra büroya "AzSığorta" üzv qəbul edilib.
"AzSığorta" istisna olmaqla, bütün bu şirkətlər icbarı sığortanın 3 növü - OSAQO, daşınmaz əmlak və daşınmaz əmlakın istifadəsi zamanı mülki məsuliyyət üzrə xidmətlər göstərəcək. "Atəşgah Sığorta" ancaq OSAQO üzrə işləyəcək. Yəni bu gün Azərbaycanda sərnişinlərin icbarı sığortası hələ işləmir.
İnzibati qanun pozuntuları haqqında məcəlləyə uyğun olaraq, Azərbaycanda icbarı sığorta növləri üzrə sığorta müqaviləsi bağlanmamasına görə cərimələr fiziki şəxslər üçün 10 manat, vəzifəli şəxslər üçün 60-80 manat, hüquqi şəxslər üçün isə 150-200 manat həcmində müəyyən edilib.
Yanvarın 7-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.