...

"DəmirBank" təkrar müştərilər üçün güzəştli kreditlər təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2012 15:33 (UTC +04:00)
Azərbaycan bankı "DəmirBank" təkrar müştərilər üçün güzəştli kredit aksiyasına başlayıb.
"DəmirBank" təkrar müştərilər üçün güzəştli kreditlər təklif edir

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Azərbaycan bankı "DəmirBank" təkrar müştərilər üçün güzəştli kredit aksiyasına başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı bankın yaydığı məlumatda deyilir.

Kampaniya təkrar müştəri qismində hazırda heç bir öhdəliyi olmayan, minimum 9 ay ödəniş tarixçəsinə malik, aylıq ödənişlər üzrə gecikmə günləri cəmi 15 gündən (son kredit üzrə) çox olmayan müsbət kredit tarixçəsinə malik müştərilərə şamil edilir.

"DəmirBank"ın yeni aksiyası müqavilə üzrə kredit öhdəliyinin başa çatmasına maksimum 3 ay qalmış müştərilərə də şamil oluna bilər. Aksiya 1 ildən çox fasilədən sonra banka təkrar müraciət edən müştərilərə aid edilmir.

Aksiyanın şərtlərinə əsasən, veriləcək kreditin müddəti 3 aydan 24 ayadək, məbləği isə 300 - 5 000 manat (yaxud digər valyuta ekvivalenti həcmində) təşkil edə bilər. Aksiya istehlak kreditlərinə (kredit xətti, təqaüdçülərə kredit, avtomobil krediti, lizinq və ipoteka kreditləri istisna olmaqla) şamil olunur.

"DəmirBank"da minimum 9 ay müsbət kredit tarixinə malik müştəri son ödəniş tarixindən etibarən maksimum 3 ay ərzində müraciət etdiyi halda arayış tələb olunmadan kredit verilə bilər. Aklsiyanın şərtlərinə əsasən, kreditin məbləği, faiz dərəcəsi və təminatı ilə bağlı bir sıra güzəştlər nəzərdə tutulur", - bankın idarə heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

Yeni aksiya barədə www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə ətraflı məlumat əldə etmək olar.

Yanvarın 10-na olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti