...

2011-ci ildə "TBC Kredit"in kredit portfeli 42 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2012 15:03 (UTC +04:00)
2011-ci il ərzində "TBC Kredit" bank olmayan kredit təşkilatı 2010-cu il dekabrın sonuna olan göstərici ilə müqayisədə kredit portfelininin həcmini 42 faiz artırıb.
2011-ci ildə "TBC Kredit"in kredit portfeli 42 faiz artıb

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

2011-ci il ərzində "TBC Kredit" bank olmayan kredit təşkilatı 2010-cu il dekabrın sonuna olan göstərici ilə müqayisədə kredit portfelininin həcmini 42 faiz artırıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü təşkilatın yaydığı məlumatda deyilir.

31 dekabr 2011-ci il tarixinə kredit portfeli 2926 aktiv kreditlə 27,5 milyon dollara çatıb. Portfeldə 44 faizlə biznes kreditləri üstünlük təşkil edir, ipoteka və istehlak kreditlərinin payı müvafiq olaraq 25 faiz və 31 faizdir. Maliyyələşdirilməsi 2,5 il bundan əvvəl başlayan mikrobiznes kreditləri biznes portfelinin 33 faizini təşkil edir.

Ötən ilin göstəriciləri ilə müqayisədə istehlak və mikrobiznes kreditlərinin verilməsi həcmi artıb. Belə ki, istehlak kreditləri portfeli 150 faiz (31 dekabr 2011-ci ilə 8,52 milyon dollar, 31 dekabr 2010-cu ilə 3,47 milyon dollar), mikrobiznes kreditləri portfeli 100 faiz artıb (31 dekabr 2011-ci ilə 4 milyon dollar, 31 dekabr 2010-cu ilə 2 mlilyon dollar).

Kreditləşmənin belə artımı kreditlər üzrə əlverişli və sərfəli şərtlərin təqdim olunması ilə əlaqədardır. Belə ki, ötən ilin may ayından avtomobil kreditləri üzrə kredit şərtləri yaxşılaşdırılıb, avqustdan isə ali təhsil müəssisələrində yeni dərs ilinin astanasında yeni "Təhsil krediti" məhsulu təklif edilib.

"TBC Kredit"in seçilmiş inkişaf strategiyasına sadiqliyi kredit portfelinin keyfiyyətini qoruyub saxlamağa (ilin sonuna vaxtı keçmiş kreditlər ümumi kredit portfelinin cəmi 2,6 faizini təşkil edib), kreditləşmə həcmini artırmağa və uzunmüddətli vəsaitlər cəlb etməyə imkan verib.

2011-ci il ərzində şirkət 2009-cu ilin noyabrında təsdiqlənmiş 12 mln. dollarlıq uzunmüddətli kredit çərçivəsində OPİC-dən (Overseas Private Investment Corporation, USA) ümumi məbləği 6,5 milyon dollar olan bir neçə tranş alıb.

2011-ci ilin payızında responsAbility Social Investments AG ilə müqavilə bağlanılıb və mikrobiznes kreditləşməsinin inkişafına 1 milyon dollar əldə edilib. 2012-ci ildə bir neçə beynəlxalq maliyyə institutları ilə kredit xətlərinin təqdim edilməsi üzrə uzunmüddətli müqavilələrin imzalanması gözlənilir.

2012-ci ilin sonuna "TBC Kredit" kredit portfelini 40 mln. dollara qədər artırmağı planlaşdırır. Prioritet olaraq biznes layihələrin maliyyələşdirilməsi qalır.

"TBC Kredit" bank olmayan kredit təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabr ayından şirkətin 75 faizi Gürcüstanın aparıcı bankı olan TBC Bank-a (Gürcüstan), 25 faizi isə ShoreBank International Ltd (ABŞ) şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti