...

Azərbaycan və Serbiya iqtisadi-texnoloji əməkdaşlıq haqqında saziş imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2012 13:25 (UTC +04:00)
Azərbaycan və Serbiya arasında çərşənbə günü Bakıda iqtisadi-texnoloji əməkdaşlıq haqqında saziş imzalanıb.
Azərbaycan və Serbiya iqtisadi-texnoloji əməkdaşlıq haqqında saziş imzalayıb

Azərbaycan, Bakı, 25 yanvar /Trend müxbir S.Ağayeva/

Azərbaycan və Serbiya arasında çərşənbə günü Bakıda iqtisadi-texnoloji əməkdaşlıq haqqında saziş imzalanıb.

Saziş Serbiya Respublikasının iqtisadiyyat və regional inkişaf naziri Neboyşi Çiriçin Bakıya səfəri çərçivəsində imzalanıb. Bu barədə çərşənbə günü Trend-ə Serbiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Serbiyanın İqtisadiyyat və Regional İnkişaf Nazirliyinin nümayəndə heyəti ikigünlük səfərlə Azərbaycandadır.

Nümayəndə heyəti Azərbaycanın İqtisadi İnkişaf Nazirliyində danışıqlar keçirib. Danışıqlar zamanı iki ölkənin biznes strukturları arasında gələcək əməkdaşlıq müzakirə olunub.

2011-ci ilin yanvar-noyabr ayının yekunları üzrə Azərbaycan və Serbiya arasında xarici ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 33 faiz artaraq 1,84 milyon dollar təşkil edib. Mal dövriyyəsinin 99 faizi Serbiyadan idxal edilən malların payına düşür.

Serbiya Azərbaycandan investisiyaların cəlbində maraqlıdır və Azərbaycan tərəfi, həmçinin Serbiyada infrastruktur layihələrdə iştiraka maraq göstərir.

Xəbər lenti

Xəbər lenti