...

Fransa Türkiyə iqtisadiyyatında vacib rol oynayır - türkiyəli nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2012 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar /Trend müxbir A.Tağıyeva/

Fransa Türkiyə iqtisadiyyatında vacib rol oynayır. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu cümə günü Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bildirib.

"Fransa şirkətləri Türkiyə vətəndaşlarının böyük hissəsinin məşğulluğunu təmin edir. Bu şirkətlər ölkənin iqtisadiyyatına önəmli töhfə verir" , - o deyib.

Nazirin sözlərinə görə, fransız sahibkarların bütün investisiyaları Türkiyənin qəyyumluğu altında olacaq.

Çağlayan qeyd edib ki, fransalı sahibkarlar da "erməni soyqırımı" haqqında qanuna qarşı çıxırlar.

"Türkiyə şirkətlərinə gəlincə, onların özləri fransız şirkətləri ilə işləyib-işləməyəcəklərinə qərar verəcəklər" , - nazir deyib.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Fransa Senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib. Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsini təqdim etmişdilər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar

Xəbər lenti

Xəbər lenti