...

Şaxtalı hava Ağstafa-Bakı qatarının hərəkətində problem yaradıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2012 11:17 (UTC +04:00)
Ağstafa-Bakı dəmiryol reysinin əlaqə şəbəkəsindən ayrılması ilə əlaqədar qatar paytaxta geçikmə ilə gələcək.
Şaxtalı hava Ağstafa-Bakı qatarının hərəkətində problem yaradıb

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.İsmayılov /

Ağstafa-Bakı dəmiryol reysinin əlaqə şəbəkəsindən ayrılması ilə əlaqədar qatar paytaxta geçikmə ilə gələcək. Bu barədə çərşənbə günü Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, əlaqə şəbəkəsindən ayrılma əlverişsiz hava şəraiti (şaxta) üzündən baş verib.

"Əlaqə şəbəkəsindən qırılma gecə saatlarında Kürəkçay-Goran sahəsində baş verib, lakin bütün nasazlıqlar aradan qaldırılıb və qatar artıq yoldadır", - Əzməmmədov qeyd edib.

Onun sözlərinə görə, qatar paytaxta təxminən beş saatlıq gecikmə ilə gələcək.

Əzməmmədovun qeyd etdiyi kimi, təmir işlərinin aparılması zamanı sərnişinlərin rahatlığının təmin olunması üçün bütün lazımi işlər görülüb, eləcə də qatarın isitmə sistemi normal rejimdə işləyib.

Xəbər lenti

Xəbər lenti