...

Azərbaycanda dövlət mənzil fondu evlərində tullantıların daşınmasına görə ödəniş ləğv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2012 16:47 (UTC +04:00)
Nazirlər Kabinetinin 2012-ci il 17 fevral tarixli qərarı ilə ölkədə dövlət və ictimai mənzil fondlarına daxil olan evlərdə məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə ödəniş ləğv edilib.
Azərbaycanda dövlət mənzil fondu evlərində tullantıların daşınmasına görə ödəniş ləğv edilib

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycan Nazirlər Kabinetinin 2012-ci il 17 fevral tarixli qərarı ilə ölkədə dövlət və ictimai mənzil fondlarına daxil olan evlərdə məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə ödəniş ləğv edilib.

Müvafiq dəyişikliklər Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında" qərarında edilib.

Məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə ödəniş ayda adambaşına 0,14 manat təşkil edir.

Qərar imzalandığı gündən qüvvəyə minir.

Fevralın 17-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti