...

Bakı küçələrində avtobusların sayı günortaya kimi artırılacaq – Nəqliyyat Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2012 10:48 (UTC +04:00)
Hava şəraitinin pisləşməsi ilə əlaqədar səhərdən Bakı küçələrinə 1200 sərnişin avtobusu çıxıb. Bu barədə bazar ertəsi Trend-ə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib.
Bakı küçələrində avtobusların sayı günortaya kimi artırılacaq – Nəqliyyat Nazirliyi

Azərbaycan, Bakı, 20 fevral / Trend, müxbir E.İsmayılov /

Hava şəraitinin pisləşməsi ilə əlaqədar səhərdən Bakı küçələrinə 1200 sərnişin avtobusu çıxıb. Bu barədə bazar ertəsi Trend-ə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, günün ikinci yarısı Bakıda çalışan sərnişin avtobuslarının sayı artacaq.

Adi vaxtlarda paytaxtın küçələrində işləyən avtobusların sayı iki min ədədi ötür.

Həsənovun sözlərinə görə, hava şəraiti Bakı Beynəlxalq Avtovağzalında sərnişin axınına təsir edib. Səhərdən avtovağzaldan 580 sərnişin yola salınıb.

"Şəhərlərarası və beynəlxalq istiqamətlərdə işləyən avtobuslar adi rejimdə marşruta çıxıblar, lakin əlverişsiz hava şəariti ilə əlaqədar sərnişinlərin sayında azalma müşahidə olunur", - o deyib.

Hava şəraiti paytaxt küçələrindəki hərəkətə təsir etməyib. Bütün yollar avtomobil vasitələrinin hərəkəti üçün açıqdır.

"Bakının bəzi hissələrində yolların buz bağlaması müşahidə olunur", - Həsənov deyib.

Onun sözlərinə görə, yolların təmizlənməsi üçün texnika və işçi qüvvəsi cəlb edilib, yollara qum və duz səpilib.

Xatırladaq ki, bazar günündən etibarən Azərbaycanda havanın temperaturu aşağı düşüb və qar yağır.

Xəbər lenti

Xəbər lenti