...

Azərbaycanın sığorta şirkəti kapitalını 25 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2012 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Era Trans Sığorta" ASC-nin 5,268 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə komitənin yaydığı məlumatda deyilir.

Yerləşdirmə hər birinin nominal dəyəri 1436 manat olan 3000 ədəd və hər birinin nominal dəyəri 1756 manat olan eyni sayda səhmin qapalı yerləşdirmə üsulu ilə keçiriləcək.

Nəticədə şirkətin nizamnamə kapitalı 4,308 milyondan 5,268 milyon manatadək artırılacaq.

Xəbər lenti

Xəbər lenti