...

"Nissan Azərbaycan" və "NBC Bank" tərəfindən müştərilərə sürpriz xidmət növü

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2012 11:25 (UTC +04:00)
"Nissan Azərbaycan" və "NBC Bank" tərəfindən müştərilərə sürpriz xidmət növü
"Nissan Azərbaycan" və "NBC Bank" tərəfindən müştərilərə sürpriz xidmət növü

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Hər bir avtomobil sahibi "dəmir dostunu" istifadəyə tam yararlı vəziyyətdə görmək istəyir. Bunun üçün avtomobili, rəsmi nümayəndənin servis mərkəzinə, periodik olaraq tələb olunan dövri texniki baxışa gətirmək, texniki baxışdan keçirdikdən sonra isə tələb olunan təmir işlərini icra etmək lazımdır.

Avtomobilimizi rəsmi servislərdə təmir etdirən zaman bir çox müştərilərin üzləşdiyi çətinlik maddi imkanlarla bağlı olur. Bu səbəbdən bəzi mütərilər ya tələb olunan təmiri icra etmir, ya da keyfiyyətsiz və zəmanətsiz təmir xidmətləri təklif edən profilaktoriyalara müraciət edir. Amma hər iki halda müştəri büdcəsi zərər görür.

Bütün bu halları nəzərə alaraq, "Nissan Azərbaycan" Azərbaycanda avtomobil bazarında ilk olacaq bir yeniliyi - Kreditli Servis xidmətini təqdim edir.

15 fevral 2012-ci il tarixindən start verilən Kreditli Servis kampaniyasında "Nissan Azərbaycan"ın başlıca partnyoru "NBC Bank" ASC-dir. "NBC Bank" Kreditli Servis Xidmətinin başlıca maliyyə dəstəkçisi olaraq, öz növbəsində, müştəriləri külli miqdarda sənəd toplusu tələbi ilə yormur, operativ olaraq kredit məbləğini əldə etmək imkanı yaradır.
Kreditli Servis xidmətinin müştərilərə qazandırdığı üstünlüklər:

1. BANKA GETMƏDƏN SERVİS DAXİLİNDƏ KREDİTLƏŞMƏ
2. SERVİS HAQQINI HİSSƏ-HİSSƏ ÖDƏMƏ
3. AZ MƏBLƏĞ ÖDƏMƏKLƏ ORİJİNAL VƏ ZƏMANƏTLİ EHTİYAT HİSSƏLƏRİNDƏN FAYDALANMAQ
4. BÜDCƏNİZƏ QƏNAƏT

ODUR Kİ, YOLUNUZU RƏSMİ SERVİSDƏN SALIN, SERVİS HAQQINI HİSSƏ HİSSƏ ÖDƏYİN!!!

Ətraflı məlumatı Nissan salonlarından və www.nissan.az saytından, həmçinin www.facebook.com/NissanAzerbaijan səhifəsindən əldə edə bilərsiniz.

"Nurgün Motors" şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət, Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2) və Lənkəran (Ləvəngi dairəsi) şəhərlərində salonları fəaliyyət göstərir. "Nurgün Motors"un salonlarından alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. "Nurgün Motors" 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

"Nurgün Motors" müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür.

Xəbər lenti

Xəbər lenti