...

Azərbaycanda köçürülmə planının hazırlanması qaydası təsdiqlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2012 13:14 (UTC +04:00)
Azərbaycanın Nazirlər Kabineti "Köçürülmə planı və köçürülmə təlimatının hazırlanması Qaydası"nı təsdiq edib.
Azərbaycanda köçürülmə planının hazırlanması qaydası təsdiqlənib

Azərbaycan, Bakı, 28 fevral/ Trend, müxbir E.İsmayılov /

Azərbaycanın Nazirlər Kabineti "Köçürülmə planı və köçürülmə təlimatının hazırlanması Qaydası"nı təsdiq edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Qərar imzalandığı gündən, bu il fevralın 24-dən qüvvəyə minir.

Qaydaya görə, alınan torpağı tərk etmələri və həmin torpaqdan yüz metrdən uzaq olan yerə köçmələri tələb olunan şəxslərin sayı iki yüz nəfərdən artıq olduqda, alan orqan köçürülmə planını, digər hallarda isə köçürülmə təlimatını hazırlamaq öhdəliyi daşıyır.

Planlaşdırıcı köçürülmə planının hazırlanması üçün seçildiyi gündən 3 ay ərzində həmin planı hazırlayır, köçürülmə təlimatının hazırlanması üçün seçildiyi gündən 2 ay ərzində həmin təlimatı hazırlayır.

Qaydaya görə, kompensasiyanın qiymətləndirilməsinə aşağıdakılar daxildir: torpaqla bağlı bütün sakinlərin malik olduqları və ya iddiasında olduqları hüquqlar, o cümlədən torpağın ümumi istifadəsi ilə bağlı hüquqlar və maraqlar; köçürülərkən sakinlərin özləri ilə aparacağı mal-qara və digər daşınar əmlak; sakinlərin üstünlük verdikləri kompensasiya növləri; müəyyən edilmiş hər bir iddiaya uyğun gəlmək üçün tələb olunacaq kompensasiyanın məbləği və növü; yerdəyişmə və köçürülmə ilə bağlı xərclər və bununla bağlı yardımın təmin edilməsi üçün digər xidmətlərin və vəsaitlərin xərclər smetası; planlaşdırıcının rəyinə görə kompensasiyanın qiymətləndirilməsi (müəyyənləşdirilməsi) ilə bağlı digər məsələlər.

Köçürülmə planının və ya təlimatının hazırlanmasına nəzarəti nəzarət orqanı həyata keçirir.

Xəbər lenti

Xəbər lenti