...

Azərbaycan Sənaye Bankının sərfəli və rahat bayram krediti kampaniyası davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2012 16:07 (UTC +04:00)
Azərbaycan Sənaye Bankının cari ilin 1 mart tarixindən başlamış sərfəli və rahat bayram krediti kampaniyası davam edir.
Azərbaycan Sənaye Bankının sərfəli və rahat bayram krediti kampaniyası davam edir

Azərbaycan, Bakı, 13 mart /Trend/

Azərbaycan Sənaye Bankının cari ilin 1 mart tarixindən başlamış sərfəli və rahat bayram krediti kampaniyası davam edir.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, martın 20-dək davam edəcək kampaniya çərçivəsində 12 ay müddətinə 2000 manata qədər kreditlər təklif olunur. Bayram kreditinin ən cəlbedici özəlliyi ondan ibarətdir ki, bu kredit illik 14%-lə, üstəlik heç bir bank xərci və komissiya haqqı olmadan təqdim edilir.

Sadəcə şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və 1 zamin təqdim olunmaqla kredit əlavə xərc olmadan təqdim edilir. Bayram krediti kampaniyasından faydalanmaq istəyənlər əlavə məlumatı www.bayramkrediti.az saytından, krediti isə ən yaxın filialdan əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti