...

Azərbaycan Nəqliyyat Nazirliyindən avtobus sürücülərinə xəbərdarlıq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2012 15:44 (UTC +04:00)
Nəqliyyat Nazirliyi Bakı küçələrində sərnişin avtobusları sürücülərinin yol verdikləri qayda pozuntularını aradan qaldırmaq məqsədilə reydləri davam etdirmək fikrindədir.
Azərbaycan Nəqliyyat Nazirliyindən avtobus sürücülərinə xəbərdarlıq

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Nəqliyyat Nazirliyi Bakı küçələrində sərnişin avtobusları sürücülərinin yol verdikləri qayda pozuntularını aradan qaldırmaq məqsədilə reydləri davam etdirmək fikrindədir. Bu barədə cümə axşamı Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, bundan əvvəl aparılan reydlər səmərəli olub və avtobuslarla sərnişindaşıma sahəsində vəziyyətin yaxşılaşdırılmasına gətirib çıxarıb.

"Sərnişindaşımanın keyfiyyətinin daha da yaxşılaşdırılması üçün reydlər davam etdiriləcək", - Həsənov deyib.

Bakıda avtobuslarla sərnişindaşımada əsas problemlər sürücülərin avtobusları dayanacaq üçün nəzərdə tutulmayan yerlərdə saxlamaları səbəbindən yol hərəkəti qaydalarını pozmalarıdır.

Yol hərəkəti qaydalarının pozulması avtobus sərnişinlərinin təhlükəsizliyini təhdid etməklə yanaşı, paytaxt küçələrində tıxacların yaranmasına gətirb çıxarır ki, bu da avtomobil vasitələrinin normal hərəkətinə mane olur.

Xəbər lenti

Xəbər lenti