...

Azərbaycanın yeganə təkrar sığorta şirkəti kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2012 17:57 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ölkənin yeganə təkrar sığorta şirkəti olan "AzRe Təkrarsığorta" ASC-nin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Azərbaycanın yeganə təkrar sığorta şirkəti kapitalını artırır

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir A.Axundov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ölkənin yeganə təkrar sığorta şirkəti olan "AzRe Təkrarsığorta" ASC-nin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu çərçivədə səhmlərin nominal dəyəri 14 faizdən çox artırılıb. Trend-in məlumatına görə, bu barədə QKDK-nin yaydığı məlumatda deyilir.

Emissiyanın yerləşdirilməsi hər birinin nominal dəyəri 17500 manat olan 2000 səhmin elə bu həcmdə 20 000 manat nominallı səhmlərə konvertasiya yolu ilə həyata keçiriləcək.

Bununla da şirkətin nizamnamə kapitalı 35 milyondan 40 milyonadək artırılacaq.

Xəbər lenti

Xəbər lenti