...

Azərbaycanın iri bankı POS-terminalların sayını daha 1000 ədəd artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2012 13:37 (UTC +04:00)
2012-ci il martın 1-nə olan məlumata görə, Azərbaycan Beynəlxalq Bankının (ABB) buraxdığı aktiv plastik kartların sayı 1 870 540 ədəd təşkil edib.
Azərbaycanın iri bankı POS-terminalların sayını daha 1000 ədəd artıracaq

Azərbaycan, Bakı, 5 aprel/Trend, müxbir İ. Xəlilova/

2012-ci il martın 1-nə olan məlumata görə, Azərbaycan Beynəlxalq Bankının (ABB) buraxdığı aktiv plastik kartların sayı 1 870 540 ədəd təşkil edib. Bu barədə cümə günü Trend-ə bankın mətbuat xidmətindən bildirilib.

"2012-ci ilin əvvəli ilə müqayisədə ABB-nın kartlarının sayı 12867 ədəd çoxalıb" , - bankdan deyiblər.

Bank tərəfindən ticarət obyektlərində və xidmət obyektlərində quraşdırılan POS-terminalların sayı 4025 ədədə çatır. 2012-ci ilin əvvəlinə nisbətən onların sayı 230 ədəd artıb.

"Biz bu il nağdsız ödənişlərin inkişafı üzrə fəaliyyəti aktivləşdirməyi planlaşdırırıq, bununla əlaqədar ABB rəhbərliyi tərəfindən bu yaxınlarda POS-terminalların və bankomatların sayının artırılması haqqında qərar qəbul edilib" , - ABB-nin İdarə Heyəti sədrinin birinci müavini Emil Mustafayev qeyd edib.

Onun sözlərinə görə, yaxın aylarda bankın planlarına nağdsız hesablaşmaların stimullaşdırılması üzrə dövlət proqramı çərçivəsində daha 1000 POS-terminalının quraşdırılması daxildir. Bankomatların sayı indiki 653 ədəddən 800 ədədədək artırılacaq və onların sayının 1000 ədədədək artırılması vəzifəsi qarşıya qoyulub. 2012-ci ilin əvvəlinə onların sayı 630 ədəd olub.

"Praktiki olaraq bütün ticarət nöqtələrində POS-terminalların quraşdırılması planlaşdırılır, lakin onların sayının artırılması ilə iş məhdudlaşmır. Həm ABB, həm də digər bankların əhalinin kartlardan istifadəsinə marağını artıracaq xeyli sayda proqramları olmalıdır", - Mustafayev deyib.

Onun sözlərinə görə, bu, müxtəlif bonus proqramları, kart istifadəçilərinin kreditləşdirilməsinin formaları, ticarət nöqtələri üçün bonus proqramları ola bilər. Burada məqsəd onların kartları qəbul etməyə maraq göstərmələridir.

"Vergilər Nazirliyi və hökumətin ümumilikdə köməyi ondan ibarətdir ki, vergitutmaları səviyyəsində kartdan istifadəyə görə müraciətlərin artırılması stimullaşdırılsın" , - Mustafayev vurğulayıb.

Vergilər Nazirliyi Azərbaycan Mərkəzi Bankı ilə birlikdə nağdsız ödənişlərin inkişafı üzrə təkliflər hazırlayıb.

Xəbər lenti

Xəbər lenti