...

"Global Shapers' Community"nin Bakı bürosu açılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2012 16:33 (UTC +04:00)
Bazar ertəsi Avropa Sənaye, İqtisadiyyat və Ticarət Palatasının (EEİG) Azərbaycan nümayəndəliyinin ofisində Davos Dünya İqtisadi Forumunun Qlobal Gənclər İcmasının, "Global Shapers' Community"nin Bakı bürosunun açılış mərasimi keçiriləcək. Bu barədə Trend-ə nümayəndəlikdən məlumat veriblər.
"Global Shapers' Community"nin Bakı bürosu açılır

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Bazar ertəsi Avropa Sənaye, İqtisadiyyat və Ticarət Palatasının (EEİG) Azərbaycan nümayəndəliyinin ofisində Davos Dünya İqtisadi Forumunun Qlobal Gənclər İcmasının, "Global Shapers' Community"nin Bakı bürosunun açılış mərasimi keçiriləcək. Bu barədə Trend-ə nümayəndəlikdən məlumat veriblər.

Dünya İqtisadi Forumu (DİF) hər il Davosda dövlət və hökumət başçılarının, dünyanın ən nüfuzlu biznes qurumlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin görüşlərinin təşkili ilə dünyanın ən məşhur forumu və zirvə görüşlərindən birinə çevrilib.

Qeyd edək ki, DİF yalnız Davos forumundan ibarət deyil. İl ərzində DİF müxtəlif seqmentləri və əhali qruplarını əhatə edən icmalar vasitəsilə işinin dayanıqlığını təmin etməyə çalışır. Forum çərçivəsində fəaliyyət göstərən icmalardan biri də Gənc Liderlərin Qlobal Forumudur.

Hazırda forum özünün növbəti Qlobal Gənclər İcmasının, "Global Shapers' Community"nin quruculuq işinə başlayıb. Yeni yaranacaq platforma dünyanın aparıcı gənclərini və dünya əhalisinin 50%-dən çoxunu əhatə edən qrupu - 30 yaş altında olan gəncləri forumun işinə yaxından cəlb etməyi planlaşdırır.

Yeni icma üçün artıq dünyanın 150-dən çox şəhərində qurucu-kuratorlar (founding-curators) təyin edilib. Bakıda yerli şəbəkəni qurmaq üçün DİF Məmmədov Vüsal Yaqub oğlunun namizədliyini təsdiqləyib.

Layihənin Bakı bürosunun açılış mərasimində iştirak etmək üçün Dünya İqtisadi Forumu "Global Shapers' Community" proqramının meneceri Melih Nurluel aprelin 9-10-da Bakıda səfərdə olacaq.

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Davos Dünya İqtisadi Forumunun Qlobal Gənclər İcmasının Bakı bürosunun açılmasının Azərbaycan gəncləri üçün önəmli olduğunu qeyd edib.

Tədbirdə dövlət məmurları, millət vəkilləri, diplomatik nümayəndəliklərin rəsmiləri və mətbuat nümayəndələri iştirak edəcəklər.

"Davos Dünya İqtisadi Forumunun Qlobal Gənclər İcmasının Bakı bürosunun açılışı Azərbaycan gəncləri üçün mühüm bir hadisədir. İnanıram ki, yüksək inkişaf templəri nümayiş etdirən Azərbaycanın lider gəncləri bu icmada bir araya gələrək ölkəmizin yüksəlişinə daha da effektiv şəkildə öz töhfələrini verə biləcəklər", - Avropa Sənaye, İqtisadiyyat və Ticarət Palatasının Azərbaycan nümayəndəliyinin prezidenti Nizami Piriyev deyib

Xəbər lenti

Xəbər lenti