...

Azərbaycan Maliyyə Monitorinqi Xidmətinin məlumat bazası yarıyadək genişlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2012 20:00 (UTC +04:00)
Mart ayında Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə şübhəli və cari əməliyyatlar üzrə 17 958 məlumat daxil olub.
Azərbaycan Maliyyə Monitorinqi Xidmətinin məlumat bazası yarıyadək genişlənib

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir A.Axundov/

Mart ayında Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə şübhəli və cari əməliyyatlar üzrə 17 958 məlumat daxil olub. Trend-in məlumatına görə, bu barədə cümə günü xidmətin saytında yerləşdirilən statistik hesabatda deyilir.

Birinci rübdə xidmətə cəmi 55 617 məlumat daxil olub. Martda xidmətin məlumat bazası 47,69 faiz genişlənib.

Yanvarda xidmətə 19 254, fevralda 18 405, martda isə 17 958 məlumat daxil olub.

Xəbər lenti

Xəbər lenti