...

Koreya Azərbaycana gömrük prosedurlarını sadələşdirməyi təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2012 15:46 (UTC +04:00)
Bu gün Azərbaycan və Koreya Respublikası arasında gömrük sahəsində qarşılıqlı yardım haqqında sazişin imzalanması aktualdır
Koreya Azərbaycana gömrük prosedurlarını sadələşdirməyi təklif edir

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir A.Axundov/

Bu gün Azərbaycan və Koreya Respublikası arasında gömrük sahəsində qarşılıqlı yardım haqqında sazişin imzalanması aktualdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Bakıda iki ölkənin gömrük xidmətlərinin ikinci görüşündə deyib.

"Hələlik sazişin statusu məlum deyil. Lakin tərəflər onun hazırlanması üzrə işlərə başlamalıdırlar və hazırda müzakirələr aparılır", - Əliyev bildirib.

Görüşdə gömrük inzibatçılığının Koreya modelinin təqdimatı keçirilib.

Koreyanın nümayəndə heyəti səfər zamanı DGK Riskləri İdarəetmə Mərkəzi ilə tanış olub.

Əliyevin sözlərinə görə, DGK Koreya tərəfinin mərkəzin işinin təkmilləşdirilməsi ilə bağlı təklifini öyrənəcək.

"Bununla yanaşı, gələcəkdə Ümumdünya Gömrük Təşkilatının hər iki ölkədə fəaliyyət göstərən treninq mərkəzləri ilə əməkdaşlıq mümkündür", - Əliyev deyib.

Koreya Gömrük Xidmətinin rəhbəri Yunqsup Coonun sözlərinə görə, yaşının az olmasına baxmayaraq, Azərbaycan gömrüyü öz işində böyük uğurlar əldə edib.

"Bu gün iki ölkənin gömrük xidmətləri arasında gömrük və ticarət prosedurlarının sadələşdirilməsi sahəsində birgə iş üçün təmaslara ehtiyac var", - Coo deyib.

Xəbər lenti

Xəbər lenti