...

Azərbaycan Dəmir Yolları" QSC "Eurovision 2012" çərçivəsində turistlərin qəbuluna hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2012 17:23 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi çərçivəsində turistlərin qəbuluna hazırdır.
Azərbaycan Dəmir Yolları" QSC "Eurovision 2012" çərçivəsində turistlərin qəbuluna hazırdır

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi çərçivəsində turistlərin qəbuluna hazırdır. Bu barədə çərşənbə axşamı Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

"QSC Bakı-Tbilisi və Gəncə-Bakı istiqamətində iki turist qatarının buraxılmasına hazırdır", - Əzməmmədov deyib.

QSC sərnişinlərin sayını və turların təşkili vaxtını müəyyən etməli olan turizm şirkətlərinin müraciət edəcəyi halda, həmin turist qatarlarının buraxılmasına hazırdır.

Mahnı müsabiqəsinə hazırlıq çərçivəsində şəhərin mərkəzində yerləşən Bakı Dəmiryol Vağzalında iki məlumat bürosu yaradılıb.

"Vağzaldakı bütün cədvəllərdə yazılar ingilis dilinə tərcümə edilib", - Əzməmmədov deyib.

Xəbər lenti

Xəbər lenti