...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2012 13:40 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,1 faiz) möhkəmlənib.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.Xəlilova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,1 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78586 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

7 may

0,7860

14 may

0,7859

8 may

0,7860

15 may

0,7859

9 may

0,7860

16 may

0,7859

10 may

0,7860

17 may

0,7858

11 may

0,7859

18 may

0,7858

Həftə ərzində orta

0,785982

Həftə ərzində orta

0,78586

Həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməz olaraq qalıb. Ötən həftə üzrə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7848 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): mayın 14-də sövdələşmə olmayıb, buna görə də məzənnə 0,7848 AZN/USD səviyyəsində qalıb, mayın 15-də 0,7848 AZN/USD məzənnə ilə $1 mln., mayın 16-da sövdələşmə olmayıb, buna görə də məzənnə 0,7848 AZN/USD səviyyəsində qalıb, mayın 17-də 0,7848 AZN/USD məzənnə ilə $ 0,855 mln..

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

7 may

0,7853

14 may

0,7848

8 may

0,7853

15 may

0,7848

9 may

0,7853

16 may

0,7848

10 may

0,7853

17 may

0,7848

11 may

0,7848

18 may

0,7848

Həftə ərzində orta

0,7852

Həftə ərzində orta

0,7848

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti