Azərbaycan, Bakı, 23 may /Trend/
Mayın 24-də Litva Brokerlər Assosiasiyası tərəfindən təşkil edilmiş nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində Bakı Fond Birjası, birja üzvləri və bir sıra emitentlərlə görüş keçiriləcək.
Trend-in məlumatına görə, nümayəndə heyətinə Assosiasiyanın rəhbərliyi ilə yanaşı, Litvada fəaliyyət göstərən broker şirkətlərinin, investisiya banklarının və "angel fund"ların rəhbərləri və fərdi investorlar daxil edilib.
Görüşdə xarici qonaqlar tərəfindən Litva qiymətli kağızlar bazarının təcrübəsinə dair təqdimatın keçirilməsi nəzərdə tutulub.