...

Bakının iki rayonuna suyun verilməsində məhdudiyyətlər olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2012 11:41 (UTC +04:00)
Cümə axşamı, mayın 31-də gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bakının iki rayonuna suyun verilməsində məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 31 may / Trend, müxbir A.Axundov /

Cümə axşamı, mayın 31-də gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Trend-in məlumatına görə, bu barədə "Azərsu" ASC-nin cümə axşamı yaydığı məlumatda deyilir.

Suyun verilməsində fasilələr Vaqif prospekti, S.Vurğun, Xan Şuşinski, M.Qaşqay, C.Hacıbəyli, F.X.Xoyski küçələrində müşahidə olunacaq.

"Suyun verilməsində fasilələr Nərimanov rayonu ərazisində yeni çəkilmiş 500 mm diametrli magistral xəttinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədardır", - məlumatda deyilir.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti

Xəbər lenti