...

Barak Obama: ABŞ və Azərbaycan energetika sahəsində gələcək əməkdaşlığı davam etdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2012 13:13 (UTC +04:00)
ABŞ və Azərbaycan energetika sahəsində gələcək əməkdaşlığı davam etdirəcək.
Barak Obama: ABŞ və Azərbaycan energetika sahəsində gələcək əməkdaşlığı davam etdirəcək

Azərbaycan, Bakı, 5 iyun / Trend, müxbirlər E.Tariverdiyeva, A.Axundov/

ABŞ və Azərbaycan energetika sahəsində gələcək əməkdaşlığı davam etdirəcək. Bu barədə ABŞ Prezidenti Barak Obamanın Bakıda keçirilən 19-cu Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" ("Caspian Oil and Gas") sərgisinin açılışı ilə bağlı təbrik məktubunda deyilir. Məktubu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq oxuyub.

"Bu il xüsusi əhəmiyyət kəsb edir. Çünki bu il Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi keçirilir. Sizi və Azərbaycan xalqını son dərəcə mühüm illik sərgi və konfransın açılışı münasibətilə təbrik edirəm. Energetika diversifikasiyası və təhlükəsizliyinin təminatı üzrə ümumi məqsəd və vəzifələrilərimizin uğuruna, həmçinin regional sabitliyə yönəldilmiş ABŞ və Azərbaycan arasındakı gələcək əməkdaşlığa ümid edirəm", - ABŞ dövlət başçısının Prezident İlham Əliyevə ünvanladığı məktubda deyilir.

Məktubda bildirilir ki, TANAP qaz tranziti layihəsinin reallaşdırılması üzrə Azərbaycan və Türkiyə arasında razılaşma Azərbaycan qazı üçün Avropa bazarlarına yol açdı, həmçinin Avropanın enerji təhlükəsizliyinin təminatında bu ölkənin rolunun artması planında Azərbaycan üçün çox əhəmiyyətli presedent yaratdı.

"Azərbaycan habelə bu il BMT Təhlükəsizlik Şurasının üzvü oldu və o, dünyada, eləcə də Əfqanıstanda təhlükəsizliyə nail olmaq tədbirlərinə hər cür yardım göstərir", - Barak Obamanın məktubunda deyilir.

Məktubda qeyd olunur ki, ABŞ gələcəkdə Azərbaycan hökuməti tərəfdaşlarla birlikdə "Şahdəniz" qazının Avropa bazarlarına çatdırılması yollarını seçdikdə bu yatağın işlənməsinin müsbət inkişaf edəcəyinə inanır.

"Biz həmçinin Azərbaycanla Avropanın əlaqələrinin Cənub dəhlizi, iqtisadiyyatın diversifikasiyası üçün energetika resurslarından istifadə vasitəsilə möhkəmləndirilməsi, Azərbaycan tərəfindən tədbirlərin təşkili və öz üzərinə daha böyük miqyaslı öhdəliklər götürməsi ilə əlaqədar artıq ciddi əməkdaşlığımızdan razıyıq", - Prezident Obamanın təbrikində deyilir.

Xəzəryanı regionunun neft-qaz sektorunda ən böyük tədbir sayılan 19-cu Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" ("Caspian Oil and Gas") sərgisi 5-8 iyun tarixlərində Bakı Sərgi Mərkəzində keçirilir.

Sərginin yüksək statusunu Prezident İlham Əliyevin hər il təntənəli açılış mərasimində iştirakı möhkəmləndirir. Hər il sərginin ünvanına bir sıra dövlətlərin liderləri təbrik məktubları göndəririlər. Azərbaycanın Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən "Caspian Oil and Gas" sərgisinə ənənəvi dəstək göstərilir. Bu il sərgidə dünyanın 25 ölkəsindən 300-dən artıq şirkətin iştirakı gözlənilir. Sərgidə ənənvi olaraq bir sıra ölkələrin milli stendləri iştirak edir. Xəzər hövzəsində yeni yataqların kəşfi planında son nailiyyətlər sərginin inkişafına əlavə impuls verib ki, bu da 2012-ci il sərgisinin ümumi ekspozisiyasına müsbət təsir edir.

Xəbər lenti

Xəbər lenti