...

Musa Pənahov: Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi sürətli templə gedir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2012 13:56 (UTC +04:00)
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin yaradılması çərçivəsində tikinti işləri sürətli templə gedir.
Musa Pənahov: Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi sürətli templə gedir

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir H.Vəliyev/

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin yaradılması çərçivəsində tikinti işləri sürətli templə gedir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

"Gürcüstanda hava şəraiti ilə əlaqədar tikinti işlərinin yerinə yetirilməsində yubanmalar olub, lakin indi onlar sürətli rejimdə həyata keçirilir. Həmçinin, Türkiyə ərazisində işlər fəal davam etdirilir. İlin sonunadək Gürcüstan ərazisində tikinti işləri və Türkiyə sərhədinədək ərazidə bərpa işləri başa çatdırılacaq", - nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, yubanmalar əsasən Gürcüstan-Türkiyə sərhədində tunelin tikintisi ilə bağlıdır. Tunelin uzunluğu təqribən 4,5 kilometr təşkil edəcək.

"Tunelin çəkildiyi Gürcüstan ərazisindəki sürüşmə zonasının mövcudluğu ona gətirib çıxarıb ki, tikinti prosesinə müəyyən dəyişikliklər edilib. Nəticədə müəyyən yubanmalar yaranıb. Lakin biz ilin sonunadək dəmir yolunun tikintisi ilə bağlı işləri başa çatdıracağıq", - Pənahov deyib.

Xəbər lenti

Xəbər lenti