...

Bişkek-Bakı aviareysi yubanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2012 16:52 (UTC +04:00)
BMI aviaşirkətinin həyata keçirdiyi Bişkek-Bakı aviareysi texniki nasazlıq səbəbindən yubanır.
Bişkek-Bakı aviareysi yubanır

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.İsmayılov/

BMI aviaşirkətinin həyata keçirdiyi Bişkek-Bakı aviareysi texniki nasazlıq səbəbindən yubanır. Bu barədə çərşənbə axşamı Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat veriblər.

Məlumata əsasən, təyyarə Bakıya yerli vaxtla saat 07:40-da enməli idi, lakin texniki nasazlıq səbəbindən reys ləğv edilib.

"Təyyarənin yola düşməsinin dəqiq tarixi məlum deyil, reys hələlik 18:30-dək yubanır", - aeroportdan qeyd ediblər.

"Çox güman ki, reys digər təyyarə ilə həyata keçiriləcək", - aeroprtdan deyiblər.

Xəbər lenti

Xəbər lenti