...

"Bank of Azerbaijan" Topshop.az internet dükanının müştəriləri üçün kampaniya keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2012 12:18 (UTC +04:00)
Bu ilin iyun ayının əvvəllərindən "Bank of Azerbaijan" Topshop.az internet dükanı ilə birlikdə xüsusi bir kampaniyaya start verib.
"Bank of Azerbaijan" Topshop.az internet dükanının müştəriləri üçün kampaniya keçirir

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Bu ilin iyun ayının əvvəllərindən "Bank of Azerbaijan" Topshop.az internet dükanı ilə birlikdə xüsusi bir kampaniyaya start verib.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, həmin kampaniyanın şərtlərinə əsasən, hər bir Topshop.az internet dükanının müştərisi ay ərzində 150 manat məbləğində internet dükanı vasitəsilə alış-veriş etdiyi zaman "Bank of Azerbaijan"dan 2000 manatadək kredit limiti olan "Pulsuz Visa Gold" kredit kartını əldə edir.

Topshop.az internet dükanının müştəriləri başlanmış kampaniya nəticəsində aşağıdakı üstünlükləri əldə edirlər:

- Ofisdən çıxmadan onlayne şəkildə kredit kartını sifariş etmək, həmçinin ofisdə kredit kartına sahib olmaq imkanı əldə edirlər (bizim kuryerlər həmin kartı və sənədləri özləri Sizin ofisə çatdıracaqlar);
- İş yerindən arayışların tələb olunmaması;
- Zaminliyin tələb olunmaması;
- Kredit kart sahiblərinin "Bank of Azerbaijan"ın Topshop.az internet dükanı ilə birlikdə keçirdiyi digər kampaniyaların iştirakçısı olması;
- Kredit kart sahibləri bankomat vasitəsilə nağd pulun çıxarılması imkanı əldə edirlər;
- Kart sahibləri kredit kartı vasitəsilə Topshop.az internet dükanından başqa, ölkəmizdə, həmçinin xaricdə öz alış-verişlərini ödəmək imkanı əldə edirlər;
- Kart sahiblərinə kart vasitəsi ilə alış-veriş zamanı xərclənmiş məbləğin qaytarılması üçün güzəşt müddəti təqdim edilir. Kart vasitəsilə olan alış-veriş tarixindən asılı olaraq güzəşt müddəti 40 günədək ola bilər.

Kredit kartını əldə etməyin şərtləri:

- Müştərinin minimal yaşı - 22 yaş;
- www.topshop.az saytında minimal qeydiyyat müddəti - 6 ay;
- www.topshop.az saytı vasitəsilə minimal alış-veriş həcmi ay ərzində - 150 manat.

Kampaniyanın şərtləri və onlayn sifarişin göndərilməsi barədə məlumatı aşağıdakı link vasitəsilə əldə etmək olar: http://topshops.az/?mode=menu&id=159

Xəbər lenti

Xəbər lenti