...

"FINCA Azerbaijan" 125 000-ci müştərisini mükafatlandırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2012 16:40 (UTC +04:00)
Dinamik inkişafda olan "FINCA Azerbaijan" qeyri-bank kredit təşkilatı ötən ay 125 000-ci müştərisinə kredit verib.
"FINCA Azerbaijan" 125 000-ci müştərisini mükafatlandırdı

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Dinamik inkişafda olan "FINCA Azerbaijan" qeyri-bank kredit təşkilatı ötən ay 125 000-ci müştərisinə kredit verib. Təşkilatdan Trend-ə verilən məlumata görə, 125 000-ci müştəri Quba filialından Fərdi Ekspres Kredit məhsulu üzrə kredit alan Xaçmaz rayonu sakini İntiqam Mirzəliyevdir.

Fərdi sahibkarlıqla məşğul olan və artıq dördüncü dəfə "FINCA Azerbaijan"dan kredit alan İntiqam Mirzəliyev deyir: "Mən artıq 5-ci ildir ki, "FINCA Azerbaijan"ın müştərisiyəm. Kredit şərtlərinin münasib olması, müştərilərə qarşı xoş rəftar və ən əsası çevik və rahat kreditvermə məni çox qane edir. 125 000-ci müştəri olmağım mənim üçün xoş bir sürpriz oldu və bir daha əmin oldum ki, FINCA müştərilərini hər zaman düşünür".

İyul ayının 9-da Quba filialında 125 000-ci müştərinin mükafatlandırılma mərasimi keçirilib. İntiqam Mirzəliyevə "FINCA Azerbaijan" tərəfindən hədiyyə təqdim edilib. Tədbirdə iştirak edən "FINCA Azerbaijan"nın Mərkəz bölgəsi üzrə əməliyyat meneceri bildirib ki, 131 million ABŞ dollarından artıq kredit portfelinə malik olan "FINCA Azerbaijan" QBKT 29 filial və 36 subfilialı vasitəsilə hazırda 127 000 nəfərdən artıq müştəriyə xidmət göstərir.

Qeyd edək ki, müştərilərə daha əlverişli və şəffaf xidmət göstərmək üçün cari ildə "FINCA Azerbaijan" kredit məhsullarının faiz dərəcələrini aşağı salıb.

Xəbər lenti

Xəbər lenti