...

Azərbaycanda çörək istehsalçılarına qarşı tələblər sərtləşdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2012 15:17 (UTC +04:00)
Ay ərzində çörək istehsalçılarını məhsulu fərdi qablaşdırmada buraxmağa məcbur edəcək standart qəbul ediləcək.
Azərbaycanda çörək istehsalçılarına qarşı tələblər sərtləşdiriləcək

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir Ə.Həsənov/

Ay ərzində çörək istehsalçılarını məhsulu fərdi qablaşdırmada buraxmağa məcbur edəcək standart qəbul ediləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda çörək və lavaş istehsalı sahəsində dörd milli və altı dövlətlərarası standart mövcuddur.

"Hazırda qüvvədə olan standartlara dəyişikliklər hazırlanır. Həmin dəyişikliklərə əsasən, çörək məhsulu yalnız fərdi qablaşdırmada satılacaq. Qablaşdırmada bütün sanitar-gigiyenik qaydalara riayət edilməklə istehsalçı haqqında məlumat yerləşdiriləcək", - Tağıyev deyib.

Onun sözlərinə görə, bu, çörəyin çatdırılması və satılması zamanı məhsulun çirklənməsi problemini həll edəcək.

Xəbər lenti

Xəbər lenti