...

Macarıstan tərəfinə Azərbaycanın qiymətli kağızlar bazarı haqqında məlumat verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2012 17:00 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı Bakıda səfərdə olan Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyasının həmsədri, Macarıstanın dövlət katibi Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Macarıstan tərəfinə Azərbaycanın qiymətli kağızlar bazarı haqqında məlumat verilib

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı Bakıda səfərdə olan Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyasının həmsədri, Macarıstanın dövlət katibi Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan bazar ertəsi Trend-ə verilən məlumata görə, görüşdə Rüfət Aslanlı iki ölkə arasındakı münasibətlərin uğurla və dinamik şəkildə inkişaf etdiyini, bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsindən məmnunluğunu bildirib.

Daha sonra komitə sədri ölkənin qiymətli kağızlar bazarı haqqında və gələcəkdə bazar infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Öz növbəsində, Peter Siyarto qəbul üçün QKDK sədrinə minnətdarlığını bildirib və ölkələrimiz arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

Görüşdə həmçinin Azərbaycanla Macarıstan arasında qarşılıqlı maraq doğuran sahələr üzrə əlaqələrin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti