...

Ağstafada sahibkarlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2012 17:39 (UTC +04:00)
Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi, İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Ağstafada Beynəlxalq Əmək Təşkilatının "Öz biznesinə başla və təkmilləşdir" proqramı çərçivəsində sahibkarlar üçün "Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninq keçirilib.
Ağstafada sahibkarlar üçün treninq keçirilib

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi, İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Ağstafada Beynəlxalq Əmək Təşkilatının "Öz biznesinə başla və təkmilləşdir" proqramı çərçivəsində sahibkarlar üçün "Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin, Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları, eləcə də Ağstafa rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Treninqdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq tədbirlərinin görülməsi, SWOT-təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Həmçinin, tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninqdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti