...

AXA Мbask icbari sığorta ilə bağlı iki ödənişini gerçəkləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2012 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust /Trend/

AXA MBASK sığorta şirkəti ilk dəfə nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair, qarşı tərəfin ölümü ilə nəticələnən, iki sığorta iddiası üzrə sığorta ödənişləri həyata keçirib. Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Sözügedən sığorta növünə aid ödəniş aprel ayının 25-də Bakı şəhərində baş vermiş yol qəzası ilə bağlı olub. Belə ki, AXA MBASK tərəfindən 5000 manat məbləğində sığorta ödənişi qəza nəticəsində vəfat etmiş uşağın anasına verilib.

İkinci ödəniş, iyun ayının 11-də Siyəzən rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı olub. Burda, Şirkət 5000 manatı qəza zamanı həlak olmuş yaşlı qadının varisirinə verilib.
Qeyd etmək lazımdir ki, ilin əvvəlindən nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağli şirkət artıq 250 min manata yaxın sığorta ödənişi edib.

İcbari sığorta növləri şirkətin 5 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 70-dən artıq agentlikdə həyata keçirilir. Sığorta vəsiqələri isə İcbari Sığorta Növləri Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərtilə on line rejimində buraxılır.

İcbari sığortanın qaydaları və tarifləri barədə əlavə məlumatı www.icbari.az saytında əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti