...

Azərbaycan Vergilər Nazirliyinə daxil olan müraciətlərin böyük hissəsi e-xidmətlərlə bağlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2012 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbit Ə.Həsənov/

2012-ci ilin iyul ayı ərzində Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə 28 976 müraciət daxil olub.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, bu müraciətlərin 13 959-u müfəttiş-operatorlar tərəfindən canlı rejimdə, 15 017-si elektron operator tərəfindən avtomatik rejimdə cavablandırılıb.

Bundan əlavə, mesaj xidməti vasitəsilə 200 249 vergi ödəyicisi məlumatlandırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 dəfə çoxdur.

Hesabat dövründə vergi ödəyicilərindən daxil olan müraciətlər sırasında elektron xidmətlərlə (25,4%) və vergi ödəyicilərinə göndərilmiş mesajlarla bağlı müraciətlər (13,1%), vergi növləri (12,3%), qeydiyyat prosesi (11,2%), hesabatlar və onların doldurulma qaydaları (10,6%), büdcə, vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri (9,8%) barədə məlumatların əldə edilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib.

Hesabat dövründə sual xarakterli müraciətlərin 98,9%-i müfəttiş-operatorlar tərəfindən birbaşa cavablandırılıb, 1,1%-i barədə isə müvafiq araşdırılma aparılması üçün sual vərəqəsi tərtib edilib.

72 müraciət araşdırılması üçün aidiyyəti üzrə göndərilib.

Xəbər lenti

Xəbər lenti