...

"Expressbank" nizamnamə kapitalını 11 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2012 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Expressbank"ın ümumi dəyəri 8,6 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü QKDK-nin yaydığı məlumatda deyilir.

Emissiya prospekti çərçivəsində hər birinin nominal dəyəri 273,2 manat olan 31 479 səhm buraxılıb.

Səhmlərin emissiyasının yerləşdirilməsi nəticəsində bankın kapitalı 78,8 milyon manatdan 87,4 milyon manatadək artırılacaq.

Xəbər lenti

Xəbər lenti