...

Mərkəzi Bank: 10 il ərzində Azərbaycanda dollarlaşmanın səviyyəsi ciddi şəkildə azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2012 19:04 (UTC +04:00)
Son 10 il ərzində ölkədə dollarlaşma əhəmiyyətli dərəcədə azalmış, manatla olan əmənətlərin xüsusi çəkisi 2 dəfədən çox artmışdır.
Mərkəzi Bank: 10 il ərzində Azərbaycanda dollarlaşmanın səviyyəsi ciddi şəkildə azalıb

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir İ.Xəlilova/

Son 10 il ərzində ölkədə dollarlaşma əhəmiyyətli dərəcədə azalmış, manatla olan əmənətlərin xüsusi çəkisi 2 dəfədən çox artmışdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Son 20 il ərzində Mərkəzi Bank tərəfindən nağd pul tədavülünün təşkili sahəsində bir çox institutsional islahatlar həyata keçirilmiş, idarəetmə sistemləri müasirləşdirilmiş və yeni keyfiyyət mərhələsinə qaldırılmışdır", - AMB-nin məlumatında deyilir.

Belə ki, nağd pul idarəetməsinin hüquqi və institutsional bazası inkişaf etdirilərək müasir təcrübəyə uyğunlaşdırılmışdır. Yüksək təhlükəszilik standartlarına cavab verən müasir xəzinə infrastrurkturları yaradılmış, avtomatlaşdırma səviyyəsi yüksəldilmiş, biznes proseslər beynəlxalq standarlar uyğun qurulmuşdur. Eləcə də, regional idarəetmə sistemləri beynəlxalq təcrübəyə uyğun otimallaşdırılmış, müasir tələblərə cavab verən Regional və Ehtiyat Mərkəzləri yaradılmışdır. "Mərkəzi Bank nağd pula olan təlabatının ödənilməsi ilə yanaşı, "Tədavüldə təmiz pul siyasəti"ni bəyan etmiş və dövriyyədə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmişdir", - məlumatda deyilir.

Bütün bunlarla yanaşı, Mərkəzi Bank daima müasirləşmək və yaxın gələcəkdə Bankın bütün sahələri üzrə daha effektiv idarəetmə sistemlərinə malik olmaqla ən qabaqcıl ölkələr arasında yer almaq əzmindədir.

Avqustun 15-də dövlət müstəqilliyinin bərpasından sonra suveren Azərbaycanın əsas atributu hesab edilən milli valyutanın dövriyyəyə buraxılmasının 20 ili tamam olur. 2006-cı il yanvarın 1-dən etibarən ölkədə 1 yeni manat 5000 manata bərabər tutulmaqla denominasiya həyata keçirildi.

"Mərkəzi Bank Prezident İlham Əliyevin səsləndirdiyi strateji çağırışının reallaşdırılmasını təmin etmək fikrindədir: "Ümid edirəm ki, uzun illər, onilliklər ərzində bu manat Azərbaycan xalqına, vətəndaşlarına xidmət edəcək, ölkəmiz daha da zənginləşəcək və Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcəkdir", - AMB-nin məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti