...

Azərbaycan Belarus ilə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2012 18:52 (UTC +04:00)
Azərbaycan Belarus ilə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bunu bazar ertəsi Minskdə Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov belaruslu həmkarı Vladimir Semaşko ilə birgə keçirdiyi ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclasında bildirib.
Azərbaycan Belarus ilə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Azərbaycan Belarus ilə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bunu bazar ertəsi Minskdə Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov belaruslu həmkarı Vladimir Semaşko ilə birgə keçirdiyi ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclasında bildirib. Bu barədə Trend bazar ertəsi BELTA agentliyinə istinadən məlumat verir.

"Belarus Azərbaycan üçün prioritet ölkədir, bizim qardaş münasibətlərimiz var və bu, hər iki tərəfə fayda verə biləcək iş təşkil etmək imkanı yaradır", - Eyyubov deyib.

Onun sözlərinə görə, Azərbaycanda Gəncə avtomobil zavodunda fəaliyyət göstərən birgə yığma müəssisəsi Belarusla əməkdaşlığın bəhrəsidir. Faktiki olaraq bu müəssisə orada Belarus traktorları və yük avtomobillərinin yığılmasının təşkili sayəsində səmərəli işləməyə başlayıb. Hazırda həmin müəssisə təcrübə qazanır və Azərbaycanda digər avtomobil texnika növlərinin, o cümlədən avtobus, kənd təsərrüfatı texnikasının istehsalını təşkil etmək üçün perspektivlər var.

Azərbaycanda MAZ avtobusları, MZKT avtomobil texnikası, asma kənd təsərrüfatı texnikasının yığma istehsalı, dərman preparatları və ət məhsullarının istehsalı üzrə birgə müəssisənin yaradılması imkanları işlənib hazırlanır.

Eyyubovun fikrincə, iki ölkə arasında əmtəə dövriyyəsində yaxşı nəticələr əldə edilib, lakin hazırda bu azlıq təşkil edir, irəli getmək və əməkdaşlığın yeni yollarını axtarmaq lazımdır.

Belarus və Azərbaycan arasındakı qarşılıqlı ticarətdə iki ölkənin 250-dən çox müəssisəsi iştirak edir. Qarşılıqlı tədarüklər 300-dən çox mövqe üzrə həyata keçirilir, o cümlədən Belarusun Azərbaycana ixracatı təqribən 250 mövqe üzrə təmin edilir.

Hazırda Azərbaycan Belarusun 200-dən artıq müəssisəsinin məhsulu tədarük edilir, o cümlədən 40-dan çox Belarus istehsalçısı malı istehlakçıya çatdıran şəbəkənin 32 subyekti vasitəsilə təqdim olunub. Malı istehlakçıya çatdıran şəbəkə vasitəsilə tədarük Belarus ixracatının təxminən 80%-ni təmin edir. Əməkdaşlığın kooperasiya formaları fəal inkişaf edir.

Traktor və yük avtomobillərinin yığma istehsalı ilə yanaşı, orada avtokranlar, liftlər, "BelOMO" texnologiyası üzrə optik cihazlar, işıq-diod texnologiyası əsasında çıraqlar yığılır.

Hökumətlərarası komissiyanın iclasının iştirakçıları bazar ertəsi Minskdə ölkələr arasında tərəfaşlığın vəziyyəti və inkişaf perspektivlərini, yeni birgə istehsalatların yaradılması imkanlarını, neft-kimya, kənd təsərrüfatı, qida sənayesi və elm sahəsində əməkdaşlığı nəzərdən keçirirlər.

Xəbər lenti

Xəbər lenti