...

İqtisadi İnkişaf Nazirliyinə 16 mindən çox müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2012 19:46 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə avqust ayı ərzində 350-ə yaxın müraciət daxil olub.
İqtisadi İnkişaf Nazirliyinə 16 mindən çox müraciət daxil olub

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə avqust ayı ərzində 350-ə yaxın müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlər, əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.

Ümumilikdə isə Telefon Məlumat Mərkəzinə indiyədək 16 200-ə yaxın müraciət daxil olub.

Mərkəzə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, şikayət xarakterli müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb.

Xəbər lenti

Xəbər lenti