...

Bakı metrosunun "Həzi Aslanov-2-Yeni Günəşli" sahəsi yaxın 5 il ərzində istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2012 18:37 (UTC +04:00)
Bakı Metropoliteninin konseptual inkişaf sxemi və metro tikintisinə dair dövlət proqramına uyğun olaraq, yaxın 5 il ərzində yaşıl xəttin "Həzi Aslanov-2-Yeni Günəşli" sahəsi də istismara verilməlidir.
Bakı metrosunun "Həzi Aslanov-2-Yeni Günəşli" sahəsi yaxın 5 il ərzində istismara veriləcək

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Bakı Metropoliteninin konseptual inkişaf sxemi və metro tikintisinə dair dövlət proqramına uyğun olaraq, yaxın 5 il ərzində yaşıl xəttin "Həzi Aslanov-2-Yeni Günəşli" sahəsi də istismara verilməlidir.

Metropolitendən Trend-ə verilən məlumata görə, bu istiqamətdə uzunluğu 7 km-ə çatan tunellər qazılacaq və 3 stansiya inşa olunacaq. "Həzi Aslnov-2" stansiyasının yerləşəcəyi ərazidə tikinti işləri plana uyğun olaraq ilkin mərhələlərindədir. Stansiyanın tikintisinin əvvəlki illərdə nəzərdə tutulmayan, lakin sonra inşa olunmuş binaların əhatəsində aparılması yerli sakinlərin narahatlığına səbəb olmuşdu. Lakin tikintinin müasir üsul, qayda və normalara uyğun aparılması ilə bağlı izahatlardan sonra bu narahatlıq aradan qaldırıldı.

Binaların vəziyyəti gün ərzində bir neçə dəfə aparılan müşahidələrlə yoxlanılır. Ətrafda olan bütün yaxın binalarda monitorinq nöqtələri müəyyən olunub. Əsas məqsəd binaların təhlükəsizliyidir. Hər məlumat əsasında binalarda deformasiyaların olub-olmadığı müəyyənləşir. Gün ərzində, əsasən, 3 dəfə ölçmə aparılır və əsas məlumatlar bunun üzərində qurulur.

Bu günə qədər normadan kənaraçıxma müşahidə olunmayıb. Burada tikinti prosesi tamamlanana qədər bu iş davam etdiriləcək.

Qazıntı, daha sonra tikinti aparılarkən, müxtəlif dərinliklərdə qrunt laylarında yerdəyişmələrin diaqramı sahədə deformasiyanın olub-olmadığını üzə çıxarır. Bunun da əsasında yerin vəziyyəti haqqında müfəssəl məlumat əldə etməklə işləri tam təhlükəsiz və etibarlı şəkildə aparmaq olur.

Bir sözlə, aparılan ölçmələr sayəsində nəinki ətraf binaların, həmçinin tikintinin təhlükəsizliyi təmin olunur. Bu isə metro tikintisində əhəmiyyətli yeniliklərdir.

Xəbər lenti

Xəbər lenti